Rakım5 qrupu 2003-cü ildə Zanlı, Sato və Harekat qruplarının birləşməsi ilə yaradılıb. Əvvəlcə qrup Mersin Kongre adından istifadə edib və bu ad altında yeraltı albom (Mersin Kongre – Konferans1) buraxıb. Müəyyən səbəblərə görə qrup adını Rakım5 olaraq dəyişdirib və bir neçə ay əvvəl ikinci yeraltı albomu olan "Şöhret Yolu"nu buraxıb.