İstanbulda işini davam etdirən Rhymesta, "Street Symphony" adlı ritm albomunu tamamladı. 19 ritmdən ibarət albomda, İstanbuldan Matiz Miras, Ehlirap və Rashness ("Darülelhan" kollektivini qurmuş) ilə əməkdaşlıq yer alır. Sizə Rhymesta'nın "Street Symphony" ritm albomunu təqdim edirik. Dinləməkdən zövq alın...