İstanbul Underground səhnəsindən Ünlem Family, 2006-2008-ci illər arasında yazdıqları mahnıları "Bunaldıkmı" (Bəsdirmişik?) adlı bir albom halına gətirdi və indi onu son şəklində dəyərli dinləyicilərimizə təqdim edir. Albomda Lyrical Jarjör, Tahha (İhtilal qrupundan tanınan), Yeraltı Kuvvet (Hollandiyadan) və Mehdi ilə əməkdaşlıq yer alır. Miks və masterinq tamamilə qrup tərəfindən həyata keçirilib.